16 Yanvar 2024, 19:27
FUTBOL
"Atletiko Madrid"in sabiq müdafiəçisi Xorxe Qriffa 88 yaşında vəfat edib.
Matc.az xəbər verir ki, o, Madrid komandasının heyətində 291 rəsmi oyun keçirib (1959/60-1968/69).
"Atletiko" ilə Qriffa üç dəfə İspaniya Kubokunu (1959/60, 1960/61, 1964/65), ölkə çempionatını (1965/66) və Kuboklar Kubokunu (1961/62) qazanıb. 1959-cu ildə Argentina milli komandasının tərkibində Amerika Kubokunda da qızıl medalını qazanıb.