16 Yanvar 2024, 18:45
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Hannibal Mejbri mövsümün sonuna qədər icarə əsasında "Sevilya"ya keçib.
Matc.az xəbər verir ki, bu mövsüm futbolçu "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 10 oyun keçirib, 1 qol vurub.
"Sevilya" La Liqada 20 matçdan sonra 17-ci pillədə qərarlaşıb.