16 Yanvar 2024, 12:44
FUTBOL
“Roma” baş məşqçisi Joze Mourinyonu istefaya göndərib. Matc.az xəbər verir ki, buna səbəb komandanın uğursuz mövsüm keçirməsidi.
Paytaxt təmsilçisi son olaraq A seriyasının XX turunda “Milan”a məğlub olub (1:3). Bu isə rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə portuqaliyalı mütəxəssis qovulub. Halbuki 60 yaşlı mütəxəssisin klubla müqaviləsi mövsümün sonuna qədər idi.
Portuqaliyalı 2021-ci ilin yayından bəri “Roma”ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2021-22 mövsümündə Konfrans Liqasını qazanıb.
Qeyd edək ki, “Roma” hazırda İtaliya çempionatında 9-cu pillədə qərarlaşıb.