16 Yanvar 2024, 11:48
FUTBOL
“Empoli”də baş məşqçi dəyişikliyi olub. Matc.az xəbər verir ki, A seriyası klubu yeni çalışdırıcısını artıq açıqlayıb.
2023-cü ilin sentyabrında dördüncü dəfə klubun sükanı arxasına keçən Aurelio Andreatsoli istefaya göndərilib. 50 yaşlı Davide Nikola “mavilər”in yeni baş məşqçisi təyin olunub. “Krotone”, “Udineze”, “Cenoa”, “Torino” və “Salernitana”nın sabiq çalışdırıcısı 1+1 sxemi üzrə müqavilə imzalayıb.
Qeyd edək ki, “Empoli” son 8 oyunda qələbə qazanmayıb – 5 məğlubiyyət, 3 heç-heçə. Komanda hazırda A seriyasında 19-cu pillədə qərarlaşır.