15 Yanvar 2024, 20:46
FUTBOL
"Real Madrid"in hücumçusu Vinisius Junior İspaniya Superkubokunun finalında "Barselona" ilə oyunda (4:1) het-trik edib.
Matc.az xəbər verir ki, braziliyalı vinger qolu "kral klubu"nun keçmiş 7 nömrəsi Kriştiano Ronaldonun üslubunda qeyd etməsini şərh edib:
"Qolu Kriştiano Ronaldo üslubunda qeyd etdim. Çünki o, mənim kumirimdir".
Qeyd edək ki, Ronaldonun özü matç zamanı tribunada olub.