“Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib. Gənc mütəxəssis Qəbələdə şəhərin eyniadlı komandasına 0:2 hesabı ilə uduzduqları yoxlama görüşü barədə də danışıb.

“Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Qəbələdə şəhərin eyniadlı komandasına 0:2 hesabı ilə uduzduqları yoxlama görüşü barədə də danışıb: “Oyunda nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq”.

Baş məşqçi zədədən əziyyət çəkən oyunçuların hazırkı durumu barədə də məlumat verib: “Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest