“Konyaspor”un yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, Superliqa klubu çalışdırıcısını rəsmi saytı vasitəsilə təqdim edib.

Rəhbərlik bu posta Fahrudin Omeroviçi təyin edib. Bosniya və Herseqovinalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Omeroviç 2018-ci ildən bəri “Konyaspor”da köməkçi məşqçi vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest