"Aston Villa"nın baş məşqçisi Unai Emeri dekabrda Premyer Liqanın ən yaxşı məşqçisi mükafatını alıb.
 
Matc.az xəbər verir ki, keçən ay “aslanlar” 7 oyundan yalnız 1-də uduzub, 4-də qalib gəlib (o cümlədən “Arsenal” və “Mançester Siti” üzərində) və iki dəfə heç-heçə edib.
 
Əvvəllər ispaniyalı mütəxəssis oxşar mükafatı 2023-cü ilin aprelində almışdı.
 
"Aston Villa" İngiltərə çempionatının cədvəlində 2-ci yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest