12 Yanvar 2024, 20:04
FUTBOL
"Barselona"nın hücumçusu Rafinya Kral Kubokunun yarımfinalında "Osasuna" ilə görüşdə (2:0) zədələnib.
Matc.az xəbər verir ki, braziliyalıya omba əzələlərinin zədələnməsi diaqnozu qoyulub.
Rafinya bu səbəbdən yanvarın 14-də "Real Madrid"lə keçiriləcək İspaniya Superkubokunun finalında oynamayacaq.