12 Yanvar 2024, 16:09
FUTBOL
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasındakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb. Matc.az xəbər verir ki, misirli forvard İngiltərə çempionatında oynamaqdan zövq aldığını bildirib:
“Hiss olunur ki, uşaqlıq arzum həyata keçib. Məni xüsusilə qürurlandıran Premyer Liqada ən çox oyun keçirən afrikalı oyunçu olmağımdı. Bu, mənim üçün çox şey deməkdi, o cümlədən Didye Droqbanın rekordunu qıra bilmişəm. Onunla oynadığım üçün xoşbəxtəm”.
Qeyd edək ki, Məhəmməd Salah 2021-ci ildə Premyer Liqada çıxış edən afrikalı futbolçular arasında Didye Droqbanın qol rekordunu təzələyib. Salah Premyer Liqada 251 matçda 153 qol vurub. O, 2017-ci ildən “Liverpul”da çıxış edir.