09 Yanvar 2024, 17:29
FUTBOL
İspaniya millisində baş məşqçisi Luis de la Fuente ilə bağlı qərar verilib. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin müqaviləsi yenilənib.
Onunla yeni saziş Kolumbiya ilə martda keçiriləcək yoldaşlıq görüşündən əvvəl imzalanacaq. De la Fuentenin hazırkı sözləşməsi iyulun 31-nə qədərdi.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrından İspaniya yığmasını çalışdırır. Yığma onun rəhbərliyi altında ötən il Millətlər Liqasının qalibi olub.