"Real" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın transferi ilə bağlı danışıqlardan imtina etməyi düşünür. 

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Mənbənin məlumatına görə, Haalandın ətrafı klubla münasibətləri gücləndirmək üçün “Real” rəhbərliyi ilə mütəmadi əlaqə saxlayır. Bununla belə, Madrid rəhbərliyi Mbappeyə Haalanddan daha çox üstünlük vermək və gələn mövsüm klubun yeni stadionu açılanda fransızı heyətində görmək qərarına gəlib. Belə ki, Mbappe ilə danışıqlar uğurlu olarsa, "Real" Haalandı almaqdan imtina etməyə hazırdır.

Qeyd edək ki, daha əvvəl Mbappenin başqa kluba pulsuz keçmədiyi təqdirdə müqaviləsində nəzərdə tutulan 70-80 milyon avro məbləğində loyallıq bonusundan imtina etmək qərarına gəldiyi barədə məlumatlar yayılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest