04 Yanvar 2024, 11:49
FUTBOL
Fransa Superkubokunda “Tuluza” ilə qarşılaşan PSJ 2:0 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, Paris təmsilçisi bununla öz rekordunu yeniləyib.
Belə ki, komanda 12-ci dəfə Fransa Superkubokunun qalibi olub. Bu göstəricidə ən yaxın izləyici 8 kubokla “Lion”du.
“Park de Prens”də baş tutan qarşılaşmada qollardan birinin müəllifi olan PSJ-nin hücumçusu Kilian Mbappe də yeni rekord müəyyənləşdirib. 25 yaşlı forvard “Park de Prens”də vurduğu qolların sayını 111-ə çatdırmaqla buna nail olub. O, PSJ-nin sabiq forvardı Edinson Kavanini (110 qol) geridə qoyub.