İngiltərə millisinin və "Everton"un sabiq mərkəz müdafiəçisi Fil Yaqelka peşəkar futbolçu karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 41 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib. O, futbolla vidalaşdığını qeyd edib:
 
"Bütün yaxşı şeylər sona çatır. 800-dən bir qədər çox matçdan sonra mənim futbolçu karyeram başa çatdı".
 
Fil Yaqelka İngiltərə millisində 40 matçda 3 qol vurub. O, həmçinin 2005/06 mövsümündə Premyer Liqanın ən yaxşı oyunçusu kimi tanınıb.
 
Yaqelka karyerası ərzində "Şeffild Yunayted", "Derbi Kaunti" və "Stok Siti"də də oynayıb. O, İngiltərə Premyer Liqası çərçivəsində ümumilikdə 376 oyun keçirib, 18 qol vurub və 11 qolun ötürməsini verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest