PSJ-nin hücumçusu Kilian Mbappe Argentina yığmasının kapitanı Lionel Messi haqda fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, onlar əvvəllər iki il komanda yoldaşı olublar. Futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Hətta ən böyük futbolçular da gec-tez nəyisə dəyişməli olublar. Mən Messi ilə oynamışam və o, məsələn, oyununu dəyişib. PSJ-də Leo bir vaxtlar "Barselona"da olduğu kimi eyni oyunçu deyildi. Bu dəyişiklik ona qalib gəlməyə imkan verdi. Dünya Çempionatı, komanda və fərdi titullar qazanmaq ona çox təsir etdi".

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin avqustunda azad agent kimi PSJ-yə keçib. Paris klubunda argentinalı 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə edib. Keçən yay Messi azad agent kimi Fransa klubundan ayrılaraq "İnter" ilə müqavilə imzalayıb. 

Qeyd edək ki, Leo PSJ ilə birlikdə ikiqat Fransa çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest