"Roma" heyətini gücləndirmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Roma təmsilçisi "Fiorentina"nın futbolçusunu transfer etmək istəyir. Nikola Milenkoviç qış transfer pəncərəsində "Roma"ya keçə bilər.

Qeyd olunub ki, Mourinyo təkidlə rəhbərlikdən serbiyalı futbolçunun transferini istəyir. 2018-ci ildən "Fiorentina"da çıxış edən futbolçu komandası ilə birlikdə ümumilikdə 229 oyun keçirib, 17 qol və 4 məhsuldar ötürmə edib

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest