19 Noyabr 2023, 16:01
                
                
                
                                TOP OYUNLARI 
                                
                
               
              
				  
 
	Minifutbol üzrə növbəti Avropa çempionatının hansı ölkədə keçiriləcəyi açıqlanıb. Matc.az xəbər verir ki, qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.
	Paytaxt Sarayevoda keçiriləcək turnir 1-9 iyun tarixlərində olacaq. Ötən il Slovakiyada baş tutan son Avropa çempionatının qalibi Azərbaycan millisidir.
				
         	
                                             
               
 
             
 















