Madrid "Real"ının sabiq kapitanı Daniel Karvaxal "Xetafe"nin futbolçusu ola bilər.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri məlumat yayıb.

Bildirilir ki, tərəflər mümkün əməkdaşlıq barədə artıq danışıqlar aparıblar, lakin hələlik razılıq əldə olunmayıb.

Əsas məsələlərdən biri 34 yaşlı müdafiəçini La Liqada qeydiyyatdan keçirmək imkanıdır. "Xetafe"nin sifariş vərəqəsində boş yerləri və yeni transfer üçün maliyyə imkanları mövcuddur. Klub hələ potensial müqaviləni baş məşqçi Xose Bordalas və onun qərargahı ilə razılaşdırmalıdır.

Mütəxəssis ilk növbədə hücumun cinahlarını gücləndirmək istəyir, həmçinin yarımmüdafiənin mərkəzini gücləndirmək variantını da nəzərdən keçirir.

Qeyd edək ki, Karvaxal yayda azad agentə çevrilib. O, "Bayer"dəki bir mövsüm istisna olmaqla, bütün karyerasını "Real"da keçirib. İspaniyalı müdafiəçi "Kral klubu"nun heyətində 451 matçda meydana çıxıb, 14 qol vurub və 62 məhsuldar ötürmə edib. O, madridlilərlə birlikdə 27 titul qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest