Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə üz-üzə gələcəklər.

Azərbaycanın 2 cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində "bürünc" uğrunda mübarizə aparacaq. Matc.az xəbər verir ki, Ruslan Paşayev (66 kq) və Leyla Əliyeva (48 kq) yarımfinalda uduzsalar da, hələ də medal qazanmaq şansları var.
 
Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə üz-üzə gələcəklər.
 
Bu gün mübarizəyə qoşulan Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmaq şanslarını itiriblər.
 
Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da yekunlaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest