"Səbail"in qapıçısı Səlahət Ağayev Azərbaycan çempionatları tarixində 250-ci oyununa çıxıb. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın X turunun "Neftçi" ilə ev görüşünə təsadüf edib.
 
2:4 hesabı ilə uduzan "Səbail"in 32 yaşlı qolkiperi 250 matçda 255 top buraxıb. O, hər qarşılaşmada orta hesabla 1,02 dəfə topu qapısından çıxarıb.
 
Səlahətin debütü 2010/2011 mövsümündə gerçəkləşib. Həmin vaxt MOİK-də (8 oyun, 8 qol buraxıb) çıxış edən qolkiper "Səbail"ə (10, -15) qədər "Şamaxı" (90, -74), "Sumqayıt" (39, -50), "Neftçi" (56, -50), "Sabah" (17, -20) və "Qəbələ"də (30, -38) də forma geyinib.
 
Karyerası ərzində Premyer Liqanın 7 klubunda oynayan Azərbaycan millisinin üzvü ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 5-ci qapıçı kimi düşüb. Yarışın 31 illik tarixində yalnız 4 qolkiper daha çox matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest