"Azər Bağırov qısa müddətdə yaxşı komanda formalaşdırıb. İlk hissə sönük keçdi. Qapılar qarşısında təhlükəli epizodlar olmadı. İkinci hissəyə daha fəal başladıq, lakin zərbələrimizdə dəqiqlik çatmadı"
"Azər Bağırov qısa müddətdə yaxşı komanda formalaşdırıb".
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Araz-Naxçıvan"a 1:0 hesabı ilə məğlub olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib:
"Rəqibi təbrik edirəm. Azər Bağırov qısa müddətdə yaxşı komanda formalaşdırıb. İlk hissə sönük keçdi. Qapılar qarşısında təhlükəli epizodlar olmadı. İkinci hissəyə daha fəal başladıq, lakin zərbələrimizdə dəqiqlik çatmadı. Daha etibarlı oynamalıyıq. Hücum xəttindəki problemlər bu günün problemi deyil. Mövsüm başlayandan hiss olunur. 8 tur keçib bir çox oyunçularımız qol vura bilməyib. Hücum xəttində passiv oynadıq. İkinci hissədə yersiz top itikilərimiz oldu, və bu, oyunun nəticəsinə təsir etdi. Bu gün qələbə qazanmaq istəyirdik. Rəqibin uğurlu nəticələri var. "Araz Naxçıvan" layiq olduğu qələbəni qazandı.