12 Avqust 2026, 13:19
FUTBOL
Braziliyanın "San-Paulu" futbol klubunun avtobusu Boliviya polisi tərəfindən saxlanılıb və nəqliyyat vasitəsində 86 kiloqram narkotik vasitə olan tetraqidrokannabinol (kannabis) aşkar edilib.
Matc.az xəbər verir ki, bu barədə UOL portalı məlumat yayıb.
Bildirilir ki, hadisə komanda Cənubi Amerika kubokunun 1/8 final mərhələsində Boliviyanın "Bolivar" klubu ilə keçiriləcək səfər oyununa (1:1) yollanarkən baş verib.
Avtobusda dörd paket narkotik vasitə aşkarlanıb. Əməliyyat zamanı daşınmaya məsul olan üç sürücü saxlanılıb. Braziliya klubuna başqa bir avtobus təmin edilib. Hazırda faktla bağlı araşdırma aparılır.













