"İmişli" heyətini yeni qapıçı Ayxan Abbaszadə ilə gücləndirib.

"İmişli" heyətini yeni qapıçı Ayxan Abbaszadə ilə gücləndirib. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı bölgə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ayxan peşəkar futbol karyerasına "Turan Tovuz"da başlayıb və 8 il bu klubun formasını geyinib.

Qeyd edək ki, "İmişli" bu yay Seyxan Fərəcov, Sadiq Məmmədzadə, Bəxtiyar Həsənalızadə, Fərid Nəbiyev, Yusif İmanov, Domingos Sengui Hermenegildo, Yvan Seni və Əkbər Eyubovu da transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest