"İnter" klubu Londonun "Tottenhem" komandasından İngiltərə millisinin müdafiəçisi Ced Spensi transfer edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, İtaliya klubu 26 yaşlı cinah müdafiəçisi üçün 31,5 milyon avro ödəyəcək. Oyunçu ilə müqavilə şərtləri də razılaşdırılıb.

Ötən mövsüm Ced Spens klubun heyətində bütün turnirlərdə ümumilikdə 44 matçda meydana çıxsa da, f'ərqlənə bilməyib.

Müdafiəçi İngiltərə milli komandasının heyətində dünya çempionatında 8 oyun keçirib. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest