Argentina millisinin və Fransanın "Marsel" klubunun mərkəz müdafiəçisi Fakundo Medina Almaniyanın "Bayer" klubunun futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə 5 illik – 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, bu keçidin 23 milyon avroya başa gəldiyi bildirilir.
Medina 2025-ci ilin yayından, satınalma şərti ilə icarə əsasında "Lans"dan keçdikdən bəri "Marsel"də çıxış edirdi. 27 yaşlı argentinalı müdafiəçi ümumilikdə Fransa klubuna 20 milyon avroya başa gəlmişdi.
O, 2025/2026 mövsümündə 26 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Medinanın aktivində Argentina millisinin heyətində 14 oyun var ki, bunlardan 5-i 2026-cı ilin dünya çempionatına təsadüf edib.













