Turinin "Yuventus" klubunun keçmiş hücumçusu Duşan Vlahoviç karyerasını Türkiyənin "Beşiktaş" komandasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər şifahi razılıq əldə ediblər. Serbiyalı hücumçunun "qara qartallar"la müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədə olacaq.

Ulduz hücumçunun bu gün Türkiyəyə gələcəyi gözlənilir. Futbolçunu tibbi müayinə gözləyir.

Xatırladaq ki, iyulun 1-dən Vlahoviç İtaliya klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır. Serbiyalı oyunçu 2022-ci ilin yanvarından "Yuventus"da çıxış edirdi. O, "qoca sinyora"nın heyətində 168 oyun keçirib, 68 qol vurub və 16 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest