"Napoli"nin və Belçika millisinin ulduz hücumçusu Romelu Lukaku "Fənərbaxça"nın oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, keçid daimi transfer şərtləri əsasında baş tutub. Sövdələşmənin detalları açıqlanmır. 33 yaşlı belçikalının transferi üçün İstanbul təmsilçisi 6 milyon avro ödəyib.

"Fənərbaxça" hücumçunun bu gün Türkiyəyə gələcəyini bəyan edib.

Xatırladaq ki, Romelu 2024-cü ilin yayında "Napoli"yə keçmişdi. O, "mavilər"in heyətində 45 matçda meydana çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə edib. Belçikalı neapollularla birlikdə iki kubok – İtaliya çempionluğu (2024/25) və ölkə superkubokunu (2025/26) qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest