"Bu isə "Dinamo"ya növbəti mərhələyə yüksəlmək imkanı verəcək".

Kiyev "Dinamo"sunun keçmiş müdafiəçisi Taras Mixalik əmindir ki, İqor Kostyukun yetirmələrinin UEFA Konfrans Liqasının 2026/27 mövsümünün III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" klubuna qarşı layiqli mübarizə aparmaq üçün kifayət qədər gücü olacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sport.ua" idman nəşri məlumat yayıb.

Bildirilir ki, bu, "ağ-göylər"in baş məşqçisinin Ukrayna Premyer Liqasının II turunun "Veres"ə qarşı oyununda (2:1 qələbə) rotasiya etməsi ilə bağlıdır.

Keçmiş futbolçu kiyevlilərin akklimatizasiya ilə bağlı problem yaşamayacaqlarını hesab edir və Bakıdakı matçın yekun nəticəsini proqnozlaşdırıb.

"Mənim fikrimcə, Azərbaycan paytaxtında oyun heç-heçə ilə başa çatacaq – 1:1. Bu isə "Dinamo"ya növbəti mərhələyə yüksəlmək imkanı verəcək. Yeri gəlmişkən, ilk oyunla bağlı proqnozumda kiyevlilərin qələbəsini dəqiq tapmışdım, sadəcə hesabın 1:0 yox, 2:1 olacağını düşünürdüm", – deyə Mixalik bildirib.

İlk görüş Matvey Ponomarenkonun qolu sayəsində "Dinamo"nun minimal hesabla qələbəsi ilə başa çatıb.

Kiyevlilərin sabiq hücumçusu Artem Kravets isə təmsilçimizə qarşı ilk oyundan sonra keçmiş komandasını tənqid atəşinə tutmuşdu.

Qeyd edək ki, "Qarabağ" – "Dinamo" matçının cavab qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest