12 Avqust 2026, 14:48
FUTBOL
"Marsel"in və Argentina millisinin qapıçısı Xeronimo Rulye "Mançester Siti"nin oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı argentinalı ilə müqavilə daha 1 il uzadılma variantı ilə 2 illik – 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, söhbət 3,8 milyon avrodan gedir.
Rulye son 2 ili "Marsel"in heyətində keçirib. Argentinalı qapıçı daha əvvəl, 2016-2017-ci illərdə də "Mançester Siti"yə məxsus olsa da, klubda heç bir rəsmi oyuna çıxmayıb.
O, 2016/17 mövsümünü icarə əsasında "Real Sosyedad"da keçirib, daha sonra isə İspaniya klubu qapıçının transfer hüquqlarına tam sahib olub.













