Tanınmış çilili hücumçu Aleksis Sançes karyerasını MLS-də çıxış edən Kanada təmsilçisi "Monreal"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər artıq 2 illik müqaviləni razılaşdırıblar. Sançes "Monreal"a azad agent statusu ilə keçəcək.

37 yaşlı çilili futbolçunun əvvəlki klubu İspaniya "Sevilya"sı olub. O, ötən ilin yayında İtaliya "Udineze"sindən azad agent kimi Əndəlüs təmsilçisinə yollanmışdı.

Təcrübəli forvard 2025/2026 mövsümündə bütün turnirlərdə 30 matçda (ümumilikdə 1400 dəqiqə) meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sançes karyerası ərzində "Kobreloa", "Kolo-Kolo", "River Pleyt", "Arsenal", "Mançester Yunayted", "İnter" və "Marsel" kimi klubların da şərəfini qoruyub. Hücumçu 2006-cı ildə debüt etdiyi Çili millisində 168 oyuna çıxıb və 51 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest