"Barselona"nın sağ cinah müdafiəçisi Jül Kunde karyerasını Londonun "Arsenal" klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Fransa millisinin müdafiəçisi Kataloniya klubunun əsas oyunçusu statusunu itirib və bu səbəbdən tezliklə komandasını dəyişə bilər. Bununla belə, son qərar Kundenin Hansi-Diter Fliklə fərdi görüşündən sonra veriləcək.

Londonlular 27 yaşlı fransalını həm sağ cinah, həm də mərkəz müdafiəsini gücləndirmək üçün ideal namizəd hesab edirlər.

Jülün İspaniya nəhəngi ilə 30 iyun 2030-cu ilə qədər qüvvədə olan müqaviləsi var. "Transfermarkt" portalı onun dəyərini 60 milyon avro qiymətləndirir.

Xatırladaq ki, Kunde 2022-ci ilin yayından, "Sevilya"dan transfer olunduğu vaxtdan bəri "Barselona"da çıxış edir. O, kataloniyalıların heyətində 188 oyun keçirib, 10 qol vurub və 22 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest