"İnter"in və "Mançester Siti"nin keçmiş hücumçusu , hazırda "Adana Dəmirspor"da çıxış edən Mario Balotelli , mərakeşli yarımmüdafiəçi Adel Taarabtın Neymardan daha yüksək texniki bacarıq səviyyəsinə malik olduğunu bildirib.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Taarabt mənim üçün texniki cəhətdən Neymardan daha güclüdür. Neymar mütləq fenomendir. O, çox güclüdür. Biz onları əlbəttə ki, müqayisə edə bilmərik. Ancaq yalnız texnikadan danışsaq, Taarabt daha güclüdür".

Qeyd Edək ki, 34 yaşlı Taarabt "Kuinz Park Reyncers", "Benfika", "Cenoa", "Milan" və "Tottenhem"dəki çıxışları ilə tanınır. Yarımmüdafiəçi hazırda "Əl-Nəsr"in futbolçusudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest