"Real Madrid"in futbolçusu Vinisius Junior komandanın sıralarına geri dönüb. Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 
 
Xəbərə görə, zədəsi bərpa olan vinger artıq əsas heyətlə birgə məşq edir. Onun "Las-Palmas" ilə oyunda meydana çıxacağı gözlənilir. 
 
Qeyd edək ki, 7-ci tur çərçivəsində keçiriləcək qarşılaşma sabah baş tutacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest