"Ola bilsin ki, meydana cüzi girdim. Amma ən azından xəbərdarlıq oluna, sarı vərəqə verilə bilərdi. 5-6 metr meydana daxil olsam və etiraz etsəm,,,"

"Ola bilsin ki, meydana cüzi girdim. Amma ən azından xəbərdarlıq oluna, sarı vərəqə verilə bilərdi".

Matc.az xəbər verir ki, bu sözləri  "Turan-Tovuz"la qolsuz heç-heçə edən "Sumqayıt"ın məşqçisi Mübariz Orucov deyib. çalışdırıcı görüşdən sonra mətbuat konfrasında iştirak edib:

"çox gərgin oyun oldu. İki məğlubiyyətdən sonra bu gün qələbə qazanmaq istəyirdik, amma alınmadı. Görüşün ədalətli nəticəsi heç-heçə idi. İkinci hissə yaxşı epizodlarımız oldu. Real qol şanslarından yararlana bilmədik"

- Qırmızı vərəqə almağınız gözlənilməz oldu. Heç kəs başa düşmədi ki, orda nə baş verdi.

- Heç mən də başa düşmədim. Əgər qaydalarda varsa xətti tapdalamamaq yəqin ki, ona görə oldu. Gərgin matç oldu. Ola bilsin ki, meydana cüzi girdim. Amma ən azından xəbərdarlıq oluna, sarı vərəqə verilə bilərdi. 5-6 metr meydana daxil olsam və etiraz etsəm, onda qırmızı vərəqəyə heçnə demərəm. Amma cüzi daxil olmuşdum. Düşünürəm ki, qırmızı vərəqəyə ehtiyac yox idi.

- Rövlan Muradov hansı mövqedə oynayırdı?

- 4-lü müdafiədə oynayırdı. Rövlan hücumlar zamanı daha aktiv olur. Bu gün də aktiv idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest