Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin klubu "Eqnatiya" Albaniya çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komanda IV tur çərçivəsində səfərdə "Partizani"ın qonağı olub.
1:1 hesabı ilə başa çatan görüşdə İsgəndərli meydana start heyətdə daxil olub və 72-ci dəqiqədə əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Eqnatiya" hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.