AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VI turunda keçirilən "Turan Tovuz" – "Qəbələ" oyununda baş verən neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, qonaq komandanın məşqçisi Xaqani Məmmədov ağır cəza ilə üzləşib.
 
O, görüşün 30-cu dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra baş hakimi təhqir edib. Bu, Məmmədovun 2-si şərti olmaqla 5 oyunluq cəzalanmasına səbəb olub. "Qırmızı-qaralar" isə 4000 manat cərimələnib. Mütəxəssisə 3 aylıq sınaq müddəti verilib.
 
Qarşılaşmada "A buraxılışı" vəsiqəsindən istifadə etməyən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov isə 500 manatlıq cəriməyə səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest