"Qarabağ" bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Bu məğlubiyyətdə mənim günahım var"
"Qarabağ" bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar".
Matc.az xəbər verir ki, bu sözləri səfərdə "Qarabağ"a 2:0 hesabı ilə məğlub olan "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib:
"Qarabağ" bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Bu məğlubiyyətdə mənim günahım var. özümü günahkar hesab edirəm. Davit Volkovun çox qol epizodu olmur. Bu gün də olmadı, keçən oyunda da. ötən mövsüm bombardirlərimiz cinah oyunçuları olub. Problem tək Volkovda yox, bütün futbolçulardadır. Optimal heyəti müəyyənləşdirmək üçün bizə nə qədər vaxt lazım olmağı ilə bağlı söz deyə bilmərəm. Mən özüm meydana çıxıb futbol oynamıram. Amma bilirəm ki, bu vəziyyəti düzəltmək üçün çox işləməli, baş verən bəzi şeyləri də dəyişməliyik".
- Bu gün sakit idiniz. İlk dəqiqələrdən məğlubiyyətlə barışmışdınız?
- Siz özünüz də qərar verin də.. Sakit olanda deyirsiz ki, məğlubiyyətlə barışmışam, danışanda da deyirsiz kart görəcəm. Siz də qərar verin, özümü necə aparım. Əsəbi oluram pisdir, sakit oluram deyirsiz məğlubiyyətlə barışıb. Mənə deyin, özümü necə aparım?
- Bu vəziyyətdən necə çıxmağı düşünürsünüz? Sanki "Partizan"la matçdan sonra komanda psixoloji cəhətdən hələ də özünə gəlməyib
- Bizə bir qələbə lazımdı ki, özümüzə gələk. "Partizan"a məğlubiyyətdən sonra futbolçu ruhdan düşürsə, getsin evində oturub, televizora baxsın. Bəhanə gətirmək istəmirəm. Bəxtsizliklə bağlamazdım. Sadəcə, xarakter göstərmək lazımdı. Keçən mövsümdə standart vəziyyətdən 1 qol buraxmamışdıq, indisə 2 oyunda 3 qol buraxmışıq. Bu da konsentrasiya ilə bağlıdı.
- Ayaz Quliyevin fiziki durumunu necə dəyərləndirərdiniz?
- O, optimal formasından uzaqdı. Hazırda 25 dəqiqə oynamağa hazırdı. Digər yeni transferlərimiz də 3 aydı oynamırlar, təlim-məşq toplanı keçməyiblər. Jarl Marqarita da toplanışın çox hissəsini buraxıb. Onlara vaxt lazımdı.