"Səbail" daha iki futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Franko Mazureklə vidalaşıb.
 
Komandanın ən yaxşılarından olan argentinalı ilə başa çatan müqavilə yenilənməyib. Bununla, "Səbail"i tərk edən əcnəbilərin sayı 6-ya yüksəlib.
 
Belə ki, Mazurekə qədər Kizito Luvaqa, Qoba Zakpa, Qustavo de Fransa, Petro Stasyuk və Maksim çex də yola salınıb.
 
Bundan başqa, "Səbail" Ruslan Hacıyevlə də vidalaşıb.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest