"Real" və "Barselona" artıq "El Klasiko" adından öz aralarındakı oyunda istifadə edə bilməyəcəklər. Matc.az xəbər verir ki, klublar İspaniya Patent və Əmtəə Nişanları İdarəsinə bununla bağlı müraciət ediblər.
 
Lakin qurum bunu rədd edib. Əzəli rəqiblər "El Klasiko" brendinə nəzarət etmək istəsələr, qərardan şikayət etmək üçün bir ay vaxtları var.
 
Qeyd edək ki, "Barselona" və "Real" bu mövsüm 5 dəfə üz-üzə gəlib. Komandalar iki dəfə İspaniya Kubokunun yarımfinalında, iki dəfə ölkə çempionatında rəqib olublar. Həmçinin bir Superkubok qarşılaşması da olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest