Bu gün AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXXV turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, "Sabah"ın "Zirə" ilə keçirdiyi ev qarşılaşması bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olub.
 
Bu, "Sabah"ın 800 manatlıq cərimələnməsinə səbəb olub.
 
Həmçinin "Şamaxı" – "Qəbələ" oyunu bitdikdən sonra ikincilərin meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv olunub. Baş hakim Fərid Hacıyev qarşılaşmadan sonra hakimə kənar əşya atdığı iddiası ilə ona qırmızı vərəqə vermişdi.
 
Şamaxıdakı görüşün ardından tribunanın "Qəbələ"yə aid hissəsindən də meydançaya kənar əşya atılması aşkarlanıb və adıçəkilən komanda 1600 manatlıq cərimələnib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest