Türkiyə kubokunda ilk finalçı bəlli olub. Matc.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunu çərçivəsində "Fənərbaxça" "Sivasspor"u qəbul edib.

Sivasdakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab matçında 3 cavabsız qol vuran "Fənərbaxça" ilk finalçı olub.

Digər yarımfinal görüşü sabah "Ankaragücü" ilə "Başakşəhər" arasında baş tutacaq.

Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
24 may

Fənərbaxça – Sivasspor 3:0
Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.
İlk oyun – 0:0.

25 may

21:30. Ankaragücü – Başakşəhər
İlk oyun – 0:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest