"Neftçi"də Premyer Liqanın 34-cü turu çərçivəsində baş tutacaq "Kəpəz"lə oyundan öncə sağlamlıq durumu açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib.
 
Onun sözlərinə görə, hazırda komandada üç futbolçu zədədən əziyyət çəkir. Bunlar Azər Əliyev, Vato Arveladze və Kenni Sayefdir. Hazırda onlar müalicə alırlar. Bu isə sözügedən oyunçuların "Kəpəz"ə qarşı oynamayacağından xəbər verir.
 
Bu gün Qəbələdə keçiriləcək oyuna saat 18:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest