"Neftçi"də Premyer Liqanın 33-cü turunun "Turan Tovuz"la səfər oyunu öncəsi sağlamlıq durumu açıqlanıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçiləri Azər Əliyevlə Höccət Haqverdi Tovuz səfərində komandaya kömək edə bilməyəcək.
 
Bunu klubun baş həkimi Şaiq Zöhrablı klub telekanalına açıqlamasında bildirib.
 
Xatırladaq ki, bu gün keçiriləcək "Turan Tovuz" – "Neftçi" oyununa saat 15:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest