"Sabah" və "Beşiktaş" arasında baş tutacaq yoldaşlıq oyununa bilet satışları başlayıb. Matc.az xəbər verir ki, aşağıdakı linkə daxil olaraq, onlayn şəkildə bu matça biletinizi ala bilərsiniz:
 
https://iticket.az/events/sport/sabah-fk-besiktas-jk/92391
 
Biletləri bu gündən "Iticket"in, sabahdan etibarən isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından da əldə edə bilərsiniz.
 
"Sabah" – "Beşiktaş" yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır. Belə ki, oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest