Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə baş tutub.

"Roma" səfərdə tək qolla uduzduğu "Feyenoord"u bu dəfə doğma meydanda sınağa çəkib. Əlavə vaxta qədər davam edən oyundan inamlı qələbə ilə ayrılan "canavarlar" növbəti mərhələyə yüksəlib.

"Yuventus" doğma meydanda məğlub etdiyi "Sportinq"lə bu gün Lissabonda qarşılaşıb. Heç-heçə nəticəsində növbəti mərhələyə "Yuventus" adlayıb.

"Mançester Yunayted" isə ilk oyunda heç-heçəyə razılaşdığı "Sevilya"nın qonağı olub. Böyük hesabla məğlub olan "qırmızı şeytanlar" mübarizəni dayandırıblar. "Bayer" isə bir həftə öncə "sülh bağladığı" "Yunion"la səfərdə qarşılaşıb. Bundesliqa klubu səfərdə darmadağına imza ataraq yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Yuventus" "Sevilya"nın, "Roma" isə "Bayer"in rəqibi olub.

Avropa Liqası
1/4 finalın cavab oyunları
20 aprel

Roma (İtaliya) - Feyenoord (Niderland) 4:1
Qol: Spinatsola, 60. Dibala, 89. El Şaaravi, 101. Pelleqrini, 109 – Payşao, 80.
İlk oyun – 0:1.

Yunion (Belçika) - Bayer (Almaniya) 1:4
Qol: Terho, 65 – Diabi, 2. Bakker, 38. Frimponq, 61. Hlojek, 79.
İlk oyun – 1:1.

Sportinq (Portuqaliya) - Yuventus (İtaliya) 1:1
Qol: Edvards, 20 – Rabyo, 9.
İlk oyun – 0:1.

Sevilya (İspaniya) - Mançester Yunayted (İngiltərə) 3:0
Qol: En Nesiri, 8; 81. Bade, 47.
İlk oyun – 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest