Misli Premyer Liqasında XXX turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Günün yeganə matçı "Kəpəz"lə "Turan Tovuz" arasında keçirilib. Gəncə şəhər stadionunun qazonu yararsız vəziyyətə düşdüyündən, budəfəki qərb derbisi Qəbələdə baş tutub. Görüşün taleyini bir qol həll edib. Gəncə təmsilçisi ilk dəqiqələrdə vurduğu yeganə qol sayəsində meydanı qələbə ilə tərk edib.

Xatırladaq ki, ilk oyun günündə "Zirə" evdə "Səbail"ə 3:1, "Qəbələ" isə səfərdə "Neftçi"yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək "Şamaxı" – "Sumqayıt" və "Sabah" – "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXX tur
15 aprel

"Kəpəz" - "Turan Tovuz" 1:0
Qol: A.Şuaybu, 8.
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 38.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 16:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest