"Dinamik oyun alındı, hər iki komanda açıq oyun göstərməyə çalışdı".

"Dinamik oyun alındı, hər iki komanda açıq oyun göstərməyə çalışdı".

Matc.az saytı xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının XXX turunda "Neftçi" ilə keçirilən oyun barədə danışarkən deyib.

43 yaşlı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: "Neftçi"nin heyətində yaxşı futbolçuları var. Komanda şəklində meydançada istədiyimi futbolçular verməyə çalışdılar. Qalib gəldik, yolumuza davam edəcəyik. çempionatda zəif və ya güclü anlayışı yoxdur. Hər bir matça maksimum güclə hazırlaşmaq lazımdır. Bundan sonra ölkə kubokunun yarımfinal mərhələsindəki ilk görüşə hazırlaşacağıq. Düzgün analiz edib, yaxşı nəticə qazanmaq istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest