Misli Premyer Liqasında XXIX turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Sabah" "Səbail"in qonağı olub. üç qolun qeydə alındığı matç meydan sahiblərinin gözlənilməz qələbəsiylə yekunlaşıb.

Günün digər matçında isə "Neftçi" səfərdə "Sumqayıt"la qarşılaşıb. "Ağ-qaralar" səfərdə darmadağınla qalib gəliblər.

Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Zirə"yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək "Qarabağ" – "Kəpəz" və "Turan Tovuz" – "Şamaxı" oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXIX tur
8 aprel

"Səbail" – "Sabah" 2:1
Qol: D.Qomis, 29. Q.Zakpa, 90+5 - E.Apeh, 75-pen.
Qırmızı vərəqə: C.İrasabal, 59.
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov.
"ASCO Arena", 17:30.

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

"Sumqayıt" – "Neftçi" 0:4
Qol: V.Stankoviç, 7. S.M.Kolli, 64. İ.Zülfüqarlı, 83. K.Lebon, 85.
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev.
"Sumqayıt Arena", 20:00.

Sumqayıt: 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. ömər Qurbanov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest