Azərbaycan Premyer Liqasının 29-cu turunda keçiriləcək "Qarabağ" - "Kəpəz" qarşılaşmasının biletləri sabah onlayn şəkildə satışa çıxarılacaq. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri sabah yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər @iticket.az və "Azersun Arena"nın kassasında satışda olacaq.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest