Rafael Utziq zədədən sonra bərpa prosesi keçdiyi üçün komandasına kömək edə bilməyəcək.

"Qəbələ" Misli Premyer Liqasının 24-cü turunun açılış oyununda "Zirə"ni qəbul edəcək. Matc.az xəbər verir ki, əyalət təmsilçisi bu oyuna bir itki ilə çıxacaq.
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ şəhər stadionundakı görüşün hazırlıq prosesində bir futbolçu iştirak etməyib. Belə ki, Rafael Utziq zədədən sonra bərpa prosesi keçdiyi üçün komandasına kömək edə bilməyəcək.
 
Bu gün keçiriləcək "Qəbələ" – "Zirə" matçına saat 17:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest